Çərşənbə günü axşam baş verən 6,2 maqnitudalı zəlzələdən sonra Kokimbo bölgəsinin 80 minə yaxın sakini işıqsız qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “La Tercera” qəzeti məlumat yayıb.
Bildirilib ki, ən çox Kokimbo şəhəri elektrik kəsilməsindən zərər çəkib, 48 575 istehlakçı elektriksiz qalıb. La-Serena şəhərində isə 30 738 sakinin elektrik enerjisi kəsilib.
Xatırladaq ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi 161 min nəfər olan Kokimbo şəhərindən 41 km aralıda yerləşib. Yerli vaxtla saat 20:48-də (Bakı vaxtı ilə 03:48) qeydə alınan təbiət hadisəsinin ocağı 41 km dərinlikdə olub