Bolqarıstandan Türkiyəyə keçməyə çalışarkən tutulan fransız vətəndaşının Parisdəki terroru təşkil edən iki qardaşla əlaqəli olduğu iddia edilir.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Bolqarıstanda başlanan istintaq işi üzrə prokuror Darina Slavova məlumat verib. Onun sözlərinə görə, 29 yaşlı Fritz-Coli Coaçi müxtəlif vaxtlarda Şerif Kuaşi ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Coaçi əvvəllər də 3 yaşındakı oğlunu qaçırtdığı iddiası ilə yoldaşı tərəfindən edilən şikayət əsasında həbs edilib.
Samir