Ukrayna Sevastopola qədər "Starlink"i aktivləşdirmək üçün təcili sorğu göndərib.
Teleqraf.com xəbər verir ki, "Space X" şirkətinin rəhbəri İlon Mask 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Krımda Rusiyanın Qara dəniz donanmasına qarşı hərbi əməliyyatına dəstək verməkdən imtina etməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirib.
O, X sosial şəbəkəsində (keçmiş Tviter) Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki kamikadze pilotsuz uçan aparatları üçün "Starlink" peyk əlaqəsini kəsmədiyini, amma Ukraynanın tələbi ilə onu orada işə salmaqdan imtina etdiyini açıqlayıb.
"Məhz o zaman ruslar naməlum səbəbdən sahilə çıxan Ukrayna akadronlarının bütöv surətlərini ələ keçirdilər", - o qeyd edib.
Məlumatlara görə, Ukraynaya məxsus partlayıcılarla doldurulmuş sualtı pilotsuz aparatlar Rusiya donanmasına yaxınlaşanda onlar əlaqəni itirib və zərərsiz şəkildə sahilə çatıblar.