8 Sentyabr 2023 15:45
2 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra rus milyarderlərinin əksəriyyəti ailələri ilə birlikdə Dubaya köçüb.

Teleqraf.com xəbər verir ki, “Forbes” jurnalının yazdığına görə, milyarderlərdən sonra hüquqşünaslar, maliyyəçilər, sahibkarlar və startapçılar da Dubaya üz tuturlar.

İlk dövrdə İstanbula olan tələbat qısa sürüb və böyük gözləntilər qarşılanmayıb.

Hazırda Birləşmiş Ərəb Əmirliklərində nə qədər Rusiya vətəndaşının yaşadığı barədə statistik məlumat yoxdur. Ancaq “Forbes” bəzi təxminlərin 500 minə çatdığına diqqət çəkib.

Jurnal yazır ki, Rusiya bankları da Dubayda fəaliyyətlərini genişləndirməyə cəhd ediblər, lakin onlar sanksiya maneəsi üzündən uğursuzluğa düçar olurlar və ya diqqəti cəlb etmədən bizneslə məşğul olmağa çalışırlar.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər