Rusiya Ukraynaya qarşı müharibə üçün kritik mikrosxemlərin idxalını artırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Foreignpolicy” məlumat yayıb.
Məlumata görə, tranzistorların, mikroçiplərin və mikroprosessorların təxminən 98%-i üçüncü ölkələrdən Rusiyaya ötürülür. Bir il əvvəl bu göstərici 54% olub. Bu elektron komponentlər “Kalibr” raketlərindən tutmuş T-72 tanklarına qədər bir çox hərbi texnikalarda görünür.
“Intel” kimi şirkətlər müharibənin əvvəlində Rusiyaya birbaşa göndərişləri dayandırıblar, amma məhsullarının üçüncü ölkələr vasitəsilə Rusiyaya təkrar ixracının qarşısını almaq üçün çox az şey etdilər”, - məqalədə deyilir.
Eyni zamanda, “Intel” Rusiyaya kritik komponentlərin ixracının 500 milyon dollardan 700 milyon dollara yüksəldiyini üzə çıxarıb.
Həmçinin keçən ilin fevral ayının sonu - martın əvvəlində “Texas Instruments” birbaşa Rusiyaya 36 və distribyutorlarından biri vasitəsilə 6 əlavə yük göndərib. Eyni zamanda, 1300-dən çox göndəriş də aşkar edilib.
Kral Birləşmiş Qüvvələr İnstitutunun (Britaniya) məlumatına görə, Rusiya ordusu 450-dən çox müxtəlif növ xarici istehsal komponentlərindən istifadə edir və onlardan yalnız 80-i ABŞ sanksiyalarına məruz qalır.
Nəşr yazır ki, hüquqi boşluq Rusiyaya hərbi məqsədlər üçün mallar əldə etməyə imkan verir.
Məlumata görə, 2022-ci ilin dördüncü rübündə Rusiyanın yarımkeçirici idxalının 87%-dən çoxu Çinin payına düşüb, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 33% faiz artım deməkdir. Ancaq bu komponentlərin yarıdan çoxu Çin istehsalı deyil.
Təkcə ötən il Honq-Konq və Çindən müxtəlif şirkətlər Rusiyaya 18 milyon dollardan çox çip göndərib.
Qazaxıstan Rusiyaya elektron çiplərin tədarükü sxemində əsas oyunçudur. 2022-ci ildə Qazaxıstan əvvəlki illə müqayisədə 3.7 milyon ABŞ dolları dəyərində qabaqcıl mikrosxemlər ixrac edib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də Rusiyaya mikrosxemlərin tədarükündə mühüm rol oynayır. Hesabatlar göstərir ki, BƏƏ-dən Rusiyaya elektron hissələrin ixracı illik müqayisədə 7 dəfə artaraq 2022-ci ildə təxminən 283, mikroçip ixracı isə 15 dəfə artaraq 24.3 milyon dollara çatıb.
Ermənistan da Rusiyaya qarşı beynəlxalq sanksiyaların pozulmasının öncüllərindəndir. Nəşr ötən il 2021-ci illə müqayisədə ABŞ istehsalı çiplərin Ermənistana ixracının 100 faizdən çox artdığını bildirib. Mənbə İrəvanın Amerika ilə yanaşı, Avropa Birliyi ölkələrindən də çip idxalını artırdığını qeyd edib.