Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən qarşıdurmada paytaxt Xartumun cənubunda bir bazarı hədəf alan hava hücumu nəticəsində 43 nəfər həyatını itirib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Sudan Həkimlər Birliyi məlumat yayıb.
“Bu səhər Xartumun cənubundakı Mayo rayonunda şiddətli və qanlı toqquşmalar baş verib, onlarla adamın ölümü və yaralanması ilə nəticələnib”, - deyə açıqlamada qeyd edilir.
Qoro bazarına hava hücumu nəticəsində 43 nəfərin öldüyü, ən azı 55 nəfərin yaralandığı məlumatda bildirilib.