11 Sentyabr 2023 10:24
6 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda keçirilən G-20 sammitinin iştirakçıları arasında Ukraynada beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun sülhün bərqərar olması barədə razılıq var.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.

“Rusiyanın Ukraynadakı amansız və qeyri-qanuni müharibəsini də müzakirə etdik. BMT Nizamnaməsinin prinsiplərini dəstəkləyən, suverenliyə və ərazi bütövlüyünə hörmət edən ədalətli və davamlı sülhün zərurətinə dair razılaşma əldə olundu”, - Amerika lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər