Ukrayna müdafiə qüvvələri Avdiv (Donetsk vilayəti) yaxınlığında Opıtne kəndinə daxil olublar, amma tam nəzarətdən danışmaq hələ tezdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Avdiv şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş məlumat verib.
Onun sözlərinə görə, Rusiya qoşunları itirilmiş mövqeləri geri almağa çalışır.
Barabaş xatırladıb ki, Opıtne Avdivin bir hissəsidir, təxminən bir il əvvəl işğal olunub.
“Hazırda kənddə nə baş verdiyi məlum deyil. Bizdə məlumat var ki, orada hələ də dinc sakinlər yaşayırlar. Çox diqqətli olmalıyıq. Bizimkilər ora daxil olublar. Tam nəzarətdən danışmaq hələ tezdir. Döyüşlər gedir. Düşmən itirilmiş mövqelərini geri almağa çalışır, amma indiyə qədər heç bir nəticə əldə etməyib”, - Barabaş deyib.