Liviyada “Daniel” qasırğası nəticəsində ölənlərin sayı 2 800-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviyanın Qızıl Aypara Cəmiyyətindən bildirilib.
Xatırladaq ki, sentyabrın 10-da Liviyanın şimal-şərqini vuran "Daniel" siklonu sahilyanı şəhərlərə güclü küləklər, leysan və tufanlar gətirib.