13 Sentyabr 2023 08:15
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rus və erməni xalqlarının davası Ermənistan üçün fəlakətli olardı”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistan rəhbərliyinin iki ölkənin xalqını dava etmək üçün fəlakətli planlarının olmadığına ümid edir.

"Ümid edirəm ki, bu baş verməyəcək. İnanıram ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi və vəzifəsi yoxdur. Çünki fikrimcə, bu, sadəcə Ermənistan üçün fəlakətli olardı", - Zaxarova İrəvanın iki ölkənin xalqlarını hansısa bir şəkildə qarşı-qarşıya qoya bilməsinin mümkünlüyü barədə suala cavabında deyib.


Müəllif: Teleqraf.com