14 Yanvar 2015 00:05
4 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşması Rusiya Federal Təhlükəsizlik Xidmətinin iki əməkdaşının edam olunması ilə bağlı video yayıb. Anspress-in məlumatına görə, edam səhnəsindən əvvəl girovlar Suriyaya nə məqsədlə gəldiklərini danışırlar.

Öz yaşını və vəzifələrini açıqlayan agentlər hədəflərindən də danışır. Əsirlər özünü Mamayev Cambulat və Aşimov Serqey adlandırırlar.
Edamı uşaq həyata keçirir. Belə ki, o, girovların başından güllə vurur.
Qeyd edək ki, İŞİD Böyük Britaniya, ABŞ və Fransa vətəndaşlarının edam videosunu yaymışdı.
FTX İŞİD tərəfindən rusiyalı agentlərlə bağlı yayılan videonu şərh etməkdən imtina edib.
Rusiyanın Suriyadakı səfirliyi də açıqlama verib. Bildirilir ki, video ilə bağlı heç bir məlumata malik deyillər.

Müəllif: