14 Sentyabr 2023 08:55
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın şimal-şərq bölgələrində yağan yağış və daşqınlar nəticəsində ölənlərin sayı 8 mini keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalına açıqlamasında ölkənin Nümayəndələr Palatasının müşaviri deyib.

Onun sözlərinə görə, hazırda 10 mindən çox itkin düşən var.

Qeyd edək ki, sentyabrın 10-da Liviyanı cənginə alan “Daniel” siklonu ölkənin şərq rayonlarına son 40 ilin ən güclü yağışlarını gətirib. Nəticədə Binqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə ciddi zərər dəyib. Təbii fəlakət minlərlə insanın həyatına son qoyub.


Müəllif: Teleqraf.com