16 Sentyabr 2023 11:34
5 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı rejimin başçısı Bəşər Əsədin idarəetmə formasını respublikadan parlamentli monarxiyaya dəyişmək istədiyi iddia edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “Elaph” qəzeti məlumat yayıb.

Ailəsinin təhlükəsizliyini təmin etmək istəyən Əsəd parlament monarxiyasına keçmək və hakimiyyətin fasiləsiz oğluna keçməsinə şərait yaratmaq istəyir. 58 yaşlı Suriya diktatorunun iki oğlu, bir qızı var.

Əsəd ölkə idarəçiliyində mühüm vəzifələri həyat yoldaşı Əsma Əsəd və qardaşı Mahir Əsədə həvalə edib.

Suriyanın hakim ailəsinin yüzlərlə ton qızıl və milyardlarla dollar sərvətinin olduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər