16 Sentyabr 2023 18:37
9 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Andriyevkanın azad edilməsi və Klişivkadakı uğurlar Ukrayna ordusuna mühüm yüksəkliklərə doğru irəliləmək imkanı yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musiyenko deyib.

“Bu, əlavə perspektivlər açır. Qüvvələrimizin bu qədər güclü və qətiyyətlə vuruşması, düşməni kifayət qədər güclü olduğu Andriyevka və Klişçivka ərazilərində darmadağın etməsi çox vacibdir. Bu, artilleriyadan daha səmərəli istifadə etməyə imkan verən yüksəkliklərə nəzarəti təmin etmək, Baxmutda cənub cinahından irəliləmək imkanı yaradır. Üstəlik, bu istiqamətdə düşmənin 72-ci briqadası rəhbərliyi ilə bir yerdə məhv edilib”, - Musiyenko bildirib.

Ekspert rusların Kupyan istiqamətindəki hücumlarının sürətinin azaldığını da söyləyib:

“Düşmənin Kupyan istiqamətində müdafiə xəttimizi yarıb irəliləməklə bağlı bütün planları indiyədək həyata keçirilməyib, yəni bu plan Ukrayna müdafiə qüvvələri tərəfindən alt-üst edilib. Üstəlik, hücumların intensivliyinin, xüsusən də Kupyan istiqamətində azaldığını görə bilərik, buna məcbur oldular. Ruslar özlərinə faydalı olan istiqamətlərə dönmək istəyirdilər, amma bu, baş vermədi. Rusiya qoşunları Ukrayna komandanlığının ssenariləri əsasında hərəkətə etməyə məcburdur. Bu, çox vacib gəlişmədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər