18 Sentyabr 2023 10:01
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Baxmut və Marin istiqamətlərində Rusiya qoşunlarının hücumlarını dəf edib. Ruslar Andriyevkada Ukraynanın müdafiəsini yarıb keçməyə cəhd göstərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutka ərzində cəbhədə 35-dən çox toqquşma baş verib.

Ukrayna müdafiə qüvvələri Bela Qorada (Baxmut istiqamətində) Rusiya ordusunun hücumu dayandırıb. Ruslar Andriyevkada Ukraynanın müdafiəsini yarmağa cəhd göstərsə də, həmlələrini itkilərlə dayandırmalı olub.

Eyni zamanda, Ukrayna ordusu Klişçivkada Rusiyaya canlı qüvvə və texnika baxımından xeyli itki verərək, ələ keçirdiyi mövqelərdə möhkəmlənərək hücum əməliyyatlarını davam etdirir.

Rusiyanın Marina hücumu da nəticəsiz bitib. Son sutka ərzində rusların bu istiqamətdə 10 hücumu dəf edilib.

Ukrayna qoşunları Avdiv və Şaxtyor istiqamətlərində də təşəbbüsü əlində saxlayır, qarşı tərəfə təzyiq göstərir, hücum əməliyyatları keçirir. Bu istiqamətlərdə müəyyən ərazilərin azad edilməsi haqda məlumat var.

Ukrayna ordusunun Melitopol istiqamətində də hücum əməliyyatı davam edir. Məlumatda rusların bu istiqamətdə mövqelərini itirdikləri deyilir.

Gün ərzində Rusiya ordusu 620 hərbçisini itirib. Bununla Rusiyanın Ukraynadakı itkilərinin sayı 272 940 nəfərə çatıb.

Bundan əlavə, rus ordusunun çoxlu sayda texnikası da məhv edilib. Son sutka ərzində Rusiyanın 3 tankı, 6 zirehli döyüş maşını, 2 artilleriya sistemi, 2 hava hücumundan müdafiə vasitəsi, 27 PUA-sı, 7 qanadlı raketi, 34 nəqliyyat vasitəsi və 5 xüsusi texnikası sıradan çıxarılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər