19 Sentyabr 2023 08:28
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə Türk Evində “Qlobal Sıfır Tullantıya Doğru” tədbiri çərçivəsində imza mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qlobal Sıfır Tullantı Hərəkatında fərdi iştirakın təmin edilməsi məqsədilə imza üçün onlayn formatda açılan “Qlobal Sıfır Tullantı Xoşməramlı Bəyannaməsi”ni imzalayan ilk şəxs olaraq sıfır tullantı könüllüsü olub.

Prezident Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə hazırladığı reklam lövhəsini də imzalayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər