Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov Çeçenistan rəhbəri Ramzan Kadırovun xəstə olduğunu təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, Jirnov Rusiya Prezidenti Vladimir Putinin onkoloji xəstə olması iddiasına şübhə ilə yanaşır, amma Kadırovla bağlı məsələnin aydın olduğunu iddia edir.
"Kadırovun məsələsi aydındır. Putinin onkoloji xəstə olması ilə bağlı deyilənlər isə əsasən fərziyyələr və ya təxminlərdir. Kadırovla hər şey daha asandır, təxmin etmək lazım deyil, sadəcə onun videosuna baxmaq kifayətdir. Bu insanda anormal bir şeyin olduğunu başa düşməmək üçün göz və qulaqların olmaması lazımdır. Son altı ayda iki dəfə kökəldi, üzü şişdi. Adi gözlə görmək olar ki, bu adamın üzünün rəngi anormaldır, anormal formada piylənir, çətin danışır, sözləri çox çətinliklə tələffüz edir. Kadırovun xəstə olduğu hər kəsə aydındır", - keçmiş kəşfiyyatçı bildirib.
Jirnov qeyd edib ki, Kadırovun İordaniyadan olan həkimi var və onu zaman-zaman narkomaniyadan müalicə üçün Yaxın Şərqə aparırlar. Onun sözlərinə görə, Qafqazda heç bir sirr yoxdur - nəsə baş verərsə, sosial şəbəkələr və yaxın qohumlar vasitəsilə çox tez yayılır.
"Əgər Kamçatkanın bir yerində bir iş görülürsə, bu bizə çox çətinliklə çatacaq, çünki internetdən hələ çox uzaqdadır. Çeçenistan çox yaxındır. Orada olan hər şey Tik Tok və İnstaqramdadır.
Jirnov Kadırovun narkomaniyaya meylli olduğunu iddia edir.