19 Sentyabr 2023 20:48
1 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanın Qarabağ iqtisadi zonasında apardığı antiterror tədbirlərini "qeyri-adi əməliyyat" adlandırıb.

Teleqraf.com xəbər verir ki, adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, Blinken antiterror tədbirlərinin dayandırılması üçün Azərbaycanla danışıqlar aparacaq.

“Bunun bir gecədə baş verməsi narahatedicidir, xüsusən də ona görə ki, dünən biz Laçın yolu ilə yüklərin daşınmasında müəyyən irəliləyiş gördük”, - deyə rəsmi "Reuters"ə deyib.

Onun sözlərinə görə, Blinken yaxın 24 saat ərzində Ermənistan və Azərbaycanla danışıqlar aparacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər