14 Yanvar 2015 15:38
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rubl dərin devalvasiyaya uğrayır.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Moskvada iqtisadi məsələlərə həsr edilən forumda çıxış edərkən bildirib. O, vəziyyətlə bağlı sərt monetar və mötədil vergi siyasətinin tələb olunduğunu deyib.

İqtisadi İnkişaf Nazirliyinin dəyərləndirməsinə görə, inflyasiya ildə 15-17 faiz təşkil edəcək zirvə nöqtəsinə mart-aprel ayında çatmalıdır: “Zənnimcə, həyatımızın faktları yeni iqtisadi reallığın yarandığını təsdiq edir. Qlobal iqtisadiyyatda Rusiyanın vəziyyəti 2000-2007-ci illər arasında olduğu kimi qalmayacaq, daha mürəkkəb olacaq”.

Qeyd edək ki, bu gün Moskva birjasında ticarət sessiyasının açılışı vaxtı dolların Rusiya valyutasına nisbətdə kursu 1,25 rubla artaraq 66,5 rubla çatıb.

Samir


Müəllif:

Oxşar xəbərlər