"Siyasi mövqeyi nə olursa olsun, fərq etməz, hədəf vətəndaşları öldürməksə, bu qəti şəkildə terrordur".
Belə bir gözlənilməz və dünya ictimaiyyəti üçün kifayət qədər sensasiyalı sayılan antiterror açıqlaması ilə Suriya prezidenti Bəşər Əsəd çıxış edib.
Teleqraf.com-un məlumatına görə, Suriya lideri bu fikirləri Parisdə yaşanan terror olaylarına münasibət bildirərkən söyləyib.
Əsəd onu da vurğulayıb ki, dünyanın istənilən nöqtəsində dinc vətəndaşların öldürülməsinə qarşıdır və belə halları qətiyyətlə pisləyir.
Nail Cəlil