“İran silahlı qüvvələri barmaqlarını tətikdə saxlayır”.
Teleqraf.com xəbər verir ki, bunu İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqiri deyib.
Onun sözlərinə görə, İran o qədər böyük hərbi güc toplayıb ki, düşmənlər “təcavüz aktı” həyata keçirmək bir yana, hücum ehtimalını belə ağlına belə gətirmir.
“Biz ölkənin müdafiə qüdrətini günü-gündən artıracağımıza, eləcə də dəstək və hazırlığımızı artıracağımıza söz veririk”, - Baqiri bildirib.
General qeyd edib ki, silahlı qüvvələr barmaqlarını tətikdə, gözlərini radar ekranında saxlayır, kəşfiyyat vasitələri isə istənilən təhlükəni dəf etmək üçün döyüş hazırlığındadır.