26 Sentyabr 2023 14:26
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, qonşuluq hüququna hörmət edilərsə, həlli mümkün olmayan heç bir problem görmürük".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri Ermənistandan prosesi uzatmaq əvəzinə, güclü iradə nümayiş etdirməsini gözlədiyini söyləyib: "Mən bu gözləntiləri sentyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığımız zamanı da bildirdim. Biz Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, qonşuluq hüququna hörmət edilərsə, həlli mümkün olmayan heç bir problem görmürük. Azərbaycan-Ermənistan normallaşma prosesində irəliləyişin əldə olunması həm də regional normallaşmaya böyük təkan verəcək".

Ərdoğan vurğulayıb ki, Türkiyə Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olması üçün Azərbaycanla işləməyə davam edəcək: "Ümidvaram ki, səfərimiz təkcə ikitərəfli münasibətlərimiz üçün deyil, bütün regionumuz üçün faydalı olacaq. Mənə və nümayəndə heyətimə göstərilən müsbət qəbula görə qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkür etmək istəyirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər