27 Sentyabr 2023 01:29
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada parlamentinin spikeri Entoni Rota nasisti qanunverici orqana dəvət edilməsi və onu tərifləməsi qalmaqalı fonunda istefa verdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, artıq Rota qərarı barədə qanunvericilərə məlumat verib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kanadaya səfəri zamanı “Qalisiya” SS diviziyasının keçmiş əsgəri 98 yaşlı Yaroslav Hunkanı salamlayıb.

İkinci Dünya müharibəsi illərində Birinci Diviziya Ukrayna könüllüləri arasından toplanmış faşist Almaniyasının qoşunlarının taktiki quruluşu idi. Zelenski ilə birlikdə nasisti Kanadanın baş naziri Castin Trüdo da salamlayıb.

Nəticədə hər iki liderin bu addımı müzakirələrə səbəbə olub və bir sıra dövlət rəsmiləri baş vermiş hadisəni İkinci Dünya Müharibəsi zamanı baş vermiş rasizmin dəstəklənməsi kimi qiymətləndirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər