27 Sentyabr 2023 16:54
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada xüsusi hərbi əməliyyatın məqsədləri 2025-ci ilə qədər tam şəkildə həyata keçirilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

“Rusiya silahlı qüvvələrinin gücünü artırmaqda, şəxsi heyətin hazırlığını təkmilləşdirməkdə və ordunu ən müasir silahlarla təchiz etməkdə davam edir”, - nazir bildirib.

Eyni zamanda, Şoyqu vurğulayıb ki, ABŞ və müttəfiqləri Kiyevi silahlandırmaqda davam edir, Ukrayna silahlı qüvvələrini döyüş əməliyyatları aparmağa və hazırlıqsız əsgərləri məntiqsiz hücumlara göndərməyə məcbur edir.

Onun sözlərinə görə, Kiyev və himayədarlarının hərəkətləri Ukraynanı özünü məhvə aparır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər