Türkiyənin İstanbul şəhərinin Bahçelievlər səmtində yerləşən binada naməlum səbəbdən partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.
Partlayış nəticəsində ətrafdakı bəzi binaların şüşələri də sınıb, küçədəki ağac avtomobilin üzərinə aşıb.
İstanbul valisi Davud Gül hadisə ilə bağlı istintaq başladıldığını bildirib.
Qeyd edək ki, 6 mərtəbəli binanın ən üst mərtəbəsində baş verən partlayışa təbii qaz səbəb olub. Nəticədə 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə heyətləri cəlb olunub.