30 Sentyabr 2023 22:26
4 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna dünyada pilotsuz dəniz təyyarələri parkına sahib ilk ölkə olacaq. Bu, artıq rusları gəmilərini gizlətməyə məcbur edib.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O qeyd edib ki, Ukrayna göstərilən hərbi dəstəyə görə tərəfdaşlarına minnətdardır, amma Rusiyanı məğlub etmək üçün ölkəsinin hələ də öz silah istehsalı sənayesinə ehtiyacı var.

Zelenskinin sözlərinə görə, Ukrayna istehsalçıları müharibə şəraitində daha güclü işləyirlər. Bunlar təkcə dövlət müdafiə şirkətləri deyil, həm də yeni işə başlayan, amma artıq özlərini sübut etmiş özəl startaplardır.

“Dünya Ukrayna raketlərinin, bizim texnologiyalarımızın, Ukrayna pilotsuz təyyarələrinin nəyə qadir olduğunu görür. Biz Rusiya hərbi gəmilərini yararsız hala salan və onları gizlənməyə məcbur edən dünyada ilk pilotsuz dəniz təyyarələri donanmasını yaradırıq”, - prezident qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər