1 Oktyabr 2023 20:11
8 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna ABŞ-ın Kiyev üçün vəsait ayrılmasını nəzərdə tutmayan müvəqqəti büdcə qanununun qəbulu fonunda Vaşinqtondan xəbərdarlıq alıb".

Teleqraf.com xəbər verir ki, bunu Ali Radanın deputatı Yaroslav Jeleznyak öz teleqram kanalında bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna hakimiyyətinə müraciət edib, ona əsasən, 45 gün ərzində Ukraynada korrupsiya qalmaqalı olmamalıdır.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin növbəti maliyyə ili üçün müdafiə büdcəsi layihəsindən Ukraynaya 300 milyon dollar ayrılması ilə bağlı bəndin çıxarılması təklifini dəstəkləyib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər