Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Görüş zamanı hər iki lider noyabrda Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının toplantısında gündəmə gələ biləcək məsələlər ətrafında da fikir mübadiləsi aparıb.