Amerika xalqının pulu Gürcüstanda inqilabi proseslərə sərf olunur.
Teleqraf.com xəbər verir ki, belə bir bəyanatla hakim "Gürcü Arzusu" partiyası çıxış edib.
“Bu, Amerikanın Gürcüstana yardımı tarixində qara gündür. USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Amerika xalqının pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün getdiyini izah etməlidir”, - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Bu bəyanatdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) brifinqi keçirilib və orada bildirilib ki, Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə USAID proqramı çərçivəsində Serbiyanın CANVAS (Tətbiqi Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzi) qeyri-hökumət təşkilatının nümayəndələri Gürcüstanda olublar.
DTX iddia edir ki, onlar hökumətin devrilməsi prosesində həlledici rol oynamalı olan mülki fəalların böyük bir qrupu üçün təlim keçiblər.
Gürcüstan DTX sentyabrın 26-29-da Tbilisidəki IBIS hotelində keçirilən təlimlərin materiallarının bir hissəsini dərc edərək, yuxarıda qeyd olunan ittihamları sübut etdiklərini bildirib.