Belarusda səfərbərliyə hazırlıq təlimləri başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, məqsəd ərazi qoşunlarının formalaşdırılması üçün müdafiə nəzarəti orqanlarının hazırlıq səviyyəsini və iş ahəngarlığını artırmaqdır.
Mətbuat xidmətindən bildirilib ki, bütün inzibati rayonlarda icra komitələrinin, hərbi komissarlıqların və səfərbərlik resurslarının qəbulu məntəqələrinin məsul işçiləri ilə nəzəri və praktiki tədbirlər keçiriləcək.