3 Oktyabr 2023 16:44
11 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan 40-a yaxın kanadalı diplomatdan oktyabrın 10-dək ölkədən çıxmağı tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) rəsmi mənbələrə istinadla məlumat yayıb.

Hindistan hakimiyyəti göstərilən müddətdən sonra ölkədə qalacaq şəxslərin diplomatik toxunulmazlığını ləğv etməklə hədələyib.

Kanada Xarici İşlər Nazirliyi və Hindistan hökuməti məlumatı şərh etməkdən imtina edib.

FT-nin həmsöhbətlərindən biri deyib ki, Kanadanın Hindistanda 62 diplomatı var, Dehli bu rəqəmi 41-ə qədər azaltmağı planlaşdırır.

Nəşr yazır ki, Kanadanın Dehlidəki diplomatik missiyasında Hindistanın Ottavadakı diplomatik missiyasından daha çox diplomat var. Amma hindistanlı diplomatların dəqiq sayı göstərilmir.

Sentyabrda Kanada Baş naziri Castin Trüdonun Hindistan kəşfiyyat xidmətlərinin Kanada Sikx icmasının liderinin qətlində iştirakının mümkün olduğunu elan etməsindən sonra iki ölkə arasında münasibətlər pisləşib.

Kanada Xarici İşlər Nazirliyi yüksək rütbəli hind diplomatının ölkədən çıxarıldığını elan edib, buna cavab olaraq Hindistan kanadalı diplomatı qovub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər