4 Oktyabr 2023 19:29
4 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

“PKK/YPG-nin nəzarətində olan bütün obyektlər artıq legitim hədəflərdir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“PKK/YPG-nin nəzarətində olan bütün obyektlər artıq legitim hədəflərdir. Silahlı qüvvələrimizin bu hücuma cavabı çox açıq olacaq və terror təşkilatı peşman olacaq.

Bundan sonra İraq və Suriyada PKK/YPG-yə məxsus bütün infrastruktur, obyektlər təhlükəsizlik qüvvələrimizin legitim hədəfidir”, - nazir bildirib.

PKK ötən günlərdə Ankarda terror aktı törədib. Olay zamanı iki polis yaralanıb. Terrorçulardan biri yaralanarkən, biri ölüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər