Ukrayna Silahlı Qüvvələri Avdiv-Donetsk xəttində hücum əməliyyatlarını davam etdirir, müəyyən irəliləyiş var.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Ukrayna qüvvələri Donetskin qərbində Nevelski yaxınlığındakı “boz zona”nı ələ keçirib. ISW qeyd edib ki, Ukrayna ordusu Baxmut yaxınlığında və Zaporoje vilayətinin qərbində də bir qədər irəliləyib.
Rusiya qoşunları Avdiv-Donetsk xəttində hücumlarını davam etdirsə də, nəticə əldə edə bilməyiblər.
Bundan əlavə, ruslar Kupyan-Svatov-Kreminna sərhədində qurudan zərbələr endirib və müəyyən irəliləyiş əldə edib. Geolokasiya görüntülərindən məlum olur ki, Rusiya ordusu Kreminnadan 22 km şimal-qərbdə, Makiyevkanın şərqinə doğru bir qədər irəliləyib.