6 Oktyabr 2023 18:28
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan neft məhsulları qıtlığı ilə əlaqədar çətin vəziyyətdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.

Məlumata görə, Rusiya İrəvanın xahişi ilə Ermənistana 15 min ton benzin və 20 min ton dizel yanacağı göndərib.

"Ermənistan hökumətinin müraciətinə cavab olaraq Rusiya ölkəyə lazımi neft məhsulları göndərib. Söhbət 15 min ton benzin və 20 min ton dizel yanacağından gedir. Tərəfdaşların sorğusundan məlum olduğu kimi, Ermənistanda bu sahədə vəziyyət çətindir", - məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər