7 Oktyabr 2023 01:55
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Prezidenti Maya Sandu “Vaqner”in rəhbəri Yevgeni Priqojinin onu vəzifəsindən uzaqlaşdırmaq üçün bu ilin əvvəlində çevriliş planlaşdırdığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, Sandu Moldova xüsusi xidmət orqanlarının çevriliş cəhdinin qarşısını aldığını deyib.

"Bizdə olan məlumata görə, bu, Priqojinin komandası tərəfindən hazırlanmış bir plan idi", - deyə bildirib.

Qeyd edək ki, Priqojin avqustun 23-ü təyyarə qəzası nəticəsində dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər