10 Oktyabr 2023 12:53
1 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İsrail və HƏMAS arasında əsir mübadiləsini asanlaşdırmağa hazırdır, amma İsrail ordusunun mümkün quru əməliyyatı (Qəzzada) bunun qarşısını ala bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti yazır.

Nəşr iddia edir ki, bir neçə ölkə HƏMAS-ın saxladığı əsirləri xilas etmək üçün Türkiyədən müdaxilə tələb edir.

“Türkiyə bunun üçün əlverişlidir, amma ciddi bir maneə var, İsrailin mümkün quru əməliyyatı genişmiqyaslı müharibəyə çevrilə bilər”, - qəzet əlavə edir.

“Hürriyət” vurğulayır ki, bu durumda savaşın qonşu Suriya və Livana da keçmək ehtimalı var: “Bu, Yaxın Şərqdə böyük müharibə demək olardı”.

“İsrael Radar” adlı nəşr də buna bənzər iddia ilə çıxış edib. Mənbənin məlumatına görə, İsrail rəhbərliyi “Hizbullah”a xəbərdarlıq edib ki, qarşıdurmaya qoşulsa, Suriyadakı rejimə sarsıdıcı zərbə vurulacaq.

“Hizbullah” müharibəyə girərsə, İsrail ordusu Dəməşqi darmadağın edəcək, Suriya Prezidenti Əsəd hədəf olacaq, ABŞ hərbi gəmiləri İsrailə dəstək verəcək”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər