Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, tərəflər Fələstin-İsrail münaqişəsini müzakirə ediblər, o cümlədən gərginliyin yayılmasının qabaqlayıcı tədbirləri ətrafında fikir mübadiləsi aparıblar.
Türkiyə Prezidenti mülki obyektlərin vurulmasından narahatlığını ifadə edib.
Ərdoğan Türkiyənin bölgədə əmin-amanlığı təmin etməsi üçün hər cür təşəbbüsləri göstərməyə davam edəcəyini bildirib.
21:45
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə etməyi planlaşdırdığını bildirib.
Bu barədə Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir.
“Mən daha əvvəl Fələstin, İsrail, Misir, Livan, Qətər və Malayziya liderləri ilə telefon danışıqları aparmışam. Bu gün isə Vladimir Putinlə danışıqlar aparacağam. Həmçinin BMT-nin Baş katibi Antoniu Quterrişlə də danışıq olacaq”, - Ərdoğan Avstriya Kansleri Karl Nehammer ilə birgə Ankarada keçirilən mətbuat konfransında deyib