İsrailin özünü müdafiə etmək hüququ var. Bu ölkə həftə sonu dəhşətli terror hücumlarına məruz qalıb, çox sayda mülki şəxs həlak olub. İsrailin bu tip terror hücumlarından özünü müdafiə etmək hüququ var.
Teleqraf.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
“Eyni zamanda İsrailin bu hücuma cavab verdiyini gördükcə deməliyəm ki, günahsız mülki şəxslərin itkisinin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək vacibdir. Həmçinin, ABŞ bu münaqişənin genişlənməsinin qarşısını almaq və açıq-aydın çəkindirmə mesajı vermək üçün regionda hərbi mövcudluğunu artırıb” – Stoltenberq vurğulayıb.