Hazırda 600-dən çox ukraynalı Donbas separatçıları tərəfindən əsirlikdə saxlanılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasını prezidenti Anna Brasserlə göruşün Ukraynanın dövlət başçısı Pyotr Poroşenko bildirib.
O, qeyd edib ki, terrorçuların girovu olan dinc vətəndaşların azad edilməsi üçün səylərin qüvvətləndirilməsi vacibdir.
Ukrayna prezidenti onu da qeyd edib ki, Minsk razılaşmasına uyğun olaraq, qarşı tərəf əsirləri çoxdan azad etməli idi.
Tərəflər söhbət əsnasında əldə olunan razılaşmalara qeyd-şərtsiz əməl olunması zəruriliyini vurğulayıblar.
Nail Cəlil