13 Oktyabr 2023 15:50
2 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

“MDB-nin bir hissəsi olan Gürcüstan və Ukrayna bu formatda işləmir, Moldova isə praktiki olaraq öz kimliyini itirib, amma bu, onların seçimidir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Hər şey Gürcüstanın keçmiş prezidentinin (Mixail Saakaşvili) bəzi daxili məsələləri güc yolu ilə həll etmək cəhdləri və Cənubi Osetiyaya hücumları və həmin avantüranın nəticələrindən sonra Gürcüstandan başladı”, - Rusiya prezidenti bildirib.

Putin qeyd edib ki, Ukrayna vaxtilə MDB ilə bağlı fundamental sənəd imzalayıb:

“Amma heç vaxt tam formada buna qoşulmayıb. Ukrayna bu sənədləri ratifikasiya etməyib. Əvvəldən genişmiqyaslı əməkdaşlıqdan qaçırdı. Moldova kimi bir ölkə praktiki olaraq kimliyini itirir. Bu ölkənin elitası moldovalı olmadığını düşünürlər. Özlərinə “rumın” deyirlər. Amma bu onların seçimidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər