14 Oktyabr 2023 13:20
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Reuters” xəbər agentliyi Livanın cənubundakı sərhəd bölgəsində işləyən operatoru İssam Abdullahın İsrailin raket hücumu nəticəsində öldüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters”in “X” ərəbcə sosial media hesabı paylaşım edib.

Açıqlamada “Reuters” televiziyasının operatorunun İsrail tərəfindən atılan raket nəticəsində öldüyü bildirilib.

Hücumda 2 jurnalisti yaralanan Qətər mərkəzli “Əl-Cəzirə” media şəbəkəsi də Livanın cənubunda jurnalistlərə qarşı hücuma görə İsraili məsul tutub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər