17 Oktyabr 2023 10:23
10 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya gecə saatlarında Ukrayna ərazilərini İran PUA-ları (“Şahid”) və idarəolunan raketlə hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Krım ərazisindən atılan 6 ədəd “Şahid” tipli dron və 1 ədəd “X-59” raketi məhv edilib. Raket SU-34 təyyarəsindən atılıb.

Bundan başqa, Rusiyanın şərq istiqamətində 2 ədəd S-300 zenit-raket kompleksindən istifadə etməsi qeydə alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər