Prezident Vladimir Putinin Rusiyada rəqibi yoxdur, ola da bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Dəfələrlə demişik ki, Putin şübhəsiz ölkəmizdə bir nömrəli siyasətçi və dövlət xadimidir. Bu, mənim şəxsi fikrimdir, bunu söyləmək hüququm yoxdur, amma qaydaları pozaraq deyə bilərəm ki, hazırda onun Rusiya Federasiyasında rəqibi yoxdur, ola bilməz”, - Peskov bildirib.