“Qəzza zolağında xəstəxanaya hücumda ABŞ məsuliyyət daşıyır, bu, qorxunc hərbi cinayətdir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
“Qəzza zolağında xəstəxanaya edilən qorxunc hücum açıq şəkildə müharibə cinayətidir. Bunun üçün son məsuliyyət müxtəlif ölkələrdə və qitələrdəki müharibələrdən kinli şəkildə pul qazananların üzərinə düşür. Hərbi-sənaye kompleksini dolduranlar, düşünmədən silahlara böyük miqdarda pullar paylayanlar... Demokratik dəyərləri qorumaq adı altında qlobal missiyasını elan edənlər... Amerika Birləşmiş Ştatları...”, - Rusiya rəsmisi bildirib.