Almaniyada təxribatçı fəaliyyətlərində hətta qəddar üsullardan da istifadə edən Rusiya xüsusi xidmət orqanları fəallaşıb.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya əks-kəşfiyyatının rəhbəri Tomas Haldenvanq deyib.
Onun sözlərinə görə, Rusiyanın ölkədəki kəşfiyyat fəaliyyəti “soyuq müharibə” səviyyəsinə çatıb və xeyli artıb.
Haldenvanq bildirib ki, Rusiya kəşfiyyatı əlaqələr şəbəkəsini inkişaf etdirmək və məlumat əldə etmək üçün klassik casusluq üsullarından istifadə edir. Kəşfiyyat şefinin iddiasına görə, rusiyalı casuslar “yumşaq üsul”lardan tutmuş şantajın bütün mövcud metodlarına qədər hər şeydən yararlanırlar.
Diplomatik status adı altında gizlənən casusların ötən ilin yazında qovulmasından sonra bu problem daha da aktuallaşıb. Ancaq indi Rusiya Almaniyada “səyahət agentləri” deyilən vasitələrdən də istifadə edir.
Bundan başqa, parlament seçkiləri ərəfəsində rusiyalı hakerlər Bundestaqın bir sıra deputatlarının hesablarını sındırıblar. Bundan əvvəl isə “APT 28” qrupu Bundestaqın serverlərini sındıraraq külli miqdarda məlumat ələ keçirib.
Almaniyada bir kəşfiyyatçı “dövlətə xəyanət”də ittiham olunur, iddiaya görə, o, Rusiyaya casusluq edib.
Bu yaxınlarda Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru da rus casuslarının ABŞ-a göndərilməsindən şikayətlənib
Avqustda Polşada Ukraynaya silah daşıyan qatarı partlatmalı olan Rusiyanın casus şəbəkəsi ifşa olunub.