İngiltərənin Kent mahalında sübh vaxtı səma çəhrayı rəng alıb.
Teleqraf.com xəbər verir ki, səmanın birdən-birə çəhrayıya boyanması əhalini narahat edib və bunun qiyamət əlaməti olduğu qənaətinə gəliblər.
Sübh açılmazdan əvvəl çəkilmiş günəşin doğuşu görüntüsü hər kəsi heyrətə gətirib. Sosial mediada paylaşılan fotolar isə qısa zamanda viral olub.
Görüntünün səbəbi artıq müəyyən edilib. Bildirilib ki, səmanın çəhrayı görünməsinə səbəb 400 milyon pomidor yetişdirən bir kənd təsərrüfatı şirkətindən gələn süni işıqdır.