Gürcüstanın ilin sonuna kimi Avropa Birliyinə namizəd statusu almaq şansı artıb.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamenti sədrinin müavini Arçil Talakvadze deyib.
“Bu gün bu şanslar ən yüksək səviyyədədir. Böyük ehtimalla dekabrda namizəd statusunu alacağıq. Artıq buna dəlalət edən çoxlu əlamətlər var”, - Talakvadze bildirib.
2022-ci ilin iyununda AB Moldova və Ukraynaya namizəd statusu verib. Eyni zamanda, birlik Gürcüstanın Avropa perspektivini tanıyıb, 12 şərti yerinə yetirdikdən sonra ona namizəd statusu verməyə hazır olduğunu bəyan edib. Bu günə kimi Gürcüstanda seçki islahatları həyata keçirilib, korrupsiyaya qarşı mübarizə bürosu yaradılıb, yeni sistemlə ombudsman seçilib, gender ayrı-seçkiliyi və mütəşəkkil cinayətkarlığa qarşı qanunlar dəyişdirilib.