İsrail müdafiə naziri Yoav Qallant Qəzzada quru əməliyyatları ilə bağlı planlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazir əməliyyatların üç mərhələdə həyata keçiriləcəyini deyib.
Qallant əməliyyatın birinci mərhələsinin HƏMAS-ın məhv edilməsi üzərində qurulduğunu bildirib:
“HƏMAS-ı hərbi əməliyyatla məğlub edib, infrastrukturuna zərər vuracağıq”.
HƏMAS-a zərbə endirdikdən sonra ikinci mərhələdə qarşıdurmanı azaldacaqlarını söyləyən Qallant üçüncü - son mərhələdə Qəzza zolağında yeni təhlükəsizlik çətiri quracaqlarını və israillilərin həyatını qoruyacaq bir sistem yaradacaqlarını açıqlayıb.
Dünən Qəzza sərhədindəki hərbi hissələrə baş çəkən İsrail müdafiə naziri belə demişdi:
“Siz indi Qəzzaya kənardan baxırsınız, tezliklə onu içəridən görəcəksiniz”.