BMT Qəzza zolağında dərhal atəşkəs əldə olunması və girovların azad edilməsi ilə bağlı çağırış edib.
Teleqraf.com xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş Qahirə Sülh Sammitində çıxışı zamanı deyib.
“Mən tərəfləri atəşkəsə və girovların azad edilməsinə çağırıram. Qanın dayandırılması və iki dövlətli həllə nail olmaq üçün hər cür səy göstərilməlidir. Beynəlxalq humanitar hüququ tətbiq etmək və Qəzza zolağının mülki əhalisini qorumaq lazımdır. Mülki əhaliyə, evlərə və xəstəxanalara hücumlara son qoymağa çağırıram. Qəzzaya humanitar yardım davamlı olaraq göstərilməlidir”, - Quterreş bildirib.