21 Oktyabr 2023 19:33
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasının rəhbəri Şarl Mişel Qahirədə Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ş.Mişel “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Qahirə sammiti çərçivəsində Prezident Abbasla görüşdüm. İki dövlətin (Fələstin-İsrail - red.) birgə yaşaması üçün sülhdən başqa alternativ yoxdur”, - o qeyd edib.

Ş.Mişel, həmçinin Avropa İttifaqının bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər